Deyilən söz geri qayıtmaz.

Lit. A word is not a sparrow, if it flies out you can’t catch it. / Cf. When the word is out it belongs to another. / A word spoken is past recalling. / Think first, then speak. / Better the foot slip than the tongue trip. Слово не воробей: вылетит - не поймаешь. / Слово выпустишь, так и вилами не втащишь. / Конь вырвется, догонишь, а сказанного слова не воротишь. / Лучше оступиться, чем оговориться. / Выстрелив, пулю не схватишь, и слово сказав, не поймаешь. / Сказанное слово в кадык назад не ворочается. / Сказанное слово - пущенная стрела.
deyən-gülən adam
Deyilib - olunub.
OBASTAN VİKİ
Geri
Geri (ad)
Söz
Söz — hərflərdən meydana gələn və məna kəsb edən kəlmənin sinonimidir. Daha geniş desək, söz səslərdən əmələ gələn, müəyyən məna və ya hiss-həyəcan bildirən səsbirləşməsidir. Günümüz sözlərinin də, günümüz dövlətləri və millətləri kimi mütləq köhnə bir keçmişi vardır sözlər, bir çox dövr içində şəkillənərək günümüzə qədər çatarlar. Azərbaycan dilində ən uzun söz 34 hərfli "elektrikləşdiricilərimizdənsinizmi" sözüdür. Daha bir neçə uzun söz var, məsələn "Azərbaycanlılaşdırılmamışlardansınızmı" 39 hərf var. Söz dilin sematik yarısının əsas vahidi, təfəkkürdəki anlayışların işarəsi, ifadəçisidir. Dilin əsas funksiyalarından olan nominativ funksiya məhz sözlər əsasında reallaşır. Dil nə quru qrammatik qanunlar, nə də sırf fonetik səslənmələr dilidir. Dil sözlər dilidir. Söz olmasa obyektiv gercəklikdəki əşyaları və insan şüurundakı anlayışları adlandırmaq olmaz.
Geri Bouls
Qeri Rey Bouls (ing. Gary Ray Bowles; 25 yanvar 1962, Klifton Forc[d], Virciniya – 22 avqust 2019, Florida Dövlət Həbsxanası[d], Florida) — 1994-cü ildə 6 nəfərin qətlinə görə 2019-cu ildə edam edilmiş amerikalı seriyalı qatil. Qurbanlarının əksəriyyəti ştatlararası 95 magistral yolunun yaxınlığında yaşadığı üçün onu bəzən "I-95 qatil" adlandırırdılar. == Uşaqlıq və gənclik illəri == Bouls Virciniya ştatının Klifton-Forc şəhərində anadan olub və Qərbi Virciniya ştatının Rupert şəhərində böyüyüb. Kömür mədənində işləyən atası Frenk altı ay əvvəl mədənçi pnevmokoniozu xəstəliyindən dünyasını dəyişib və anası Frensis bir neçə dəfə yenidən evlənib. Bouls anasını və böyük qardaşını təhqir edən alkoqol aludəçisi olan ikinci ögey atası tərəfindən təcavüzə uğrayıb. Zorakılıq on üç yaşına kimi davam edib, Bouls ögey atasına müqavimət göstərib və onu ağır yaralayıb. O, anasının nikahda qalmaq qərarından qəzəblənərək bir müddət sonra evdən ayrılıb. Bouls növbəti bir neçə il ərzində evsiz qalıb və kişi fahişəliyi ilə pul qazanıb. == Həbs dövrü == Bouls 1982-ci ildə sevgilisini döydüyünə və təcavüz etdiyinə görə həbs olunub və altı il həbs cəzasına məhkum edilib.
Geri Snayder
Qeri Snayder (8 may 1930[…], San-Fransisko, Kaliforniya) — Amerika şairi. Postmodernist yazar. == Həyatı == Qeri Snayder 1930-cu ildə San-Fransiskoda (Kaliforniya ştatı) anadan olub. Kollecdə təhsil aldığı dövrdə ədəbiyyata və etnoqrafiyaya həvəs göstərirdi. İndiana Universitetində linqvistikanı, Berkli Universitetində isə şərq dillərini öyrənib. Meşəqıran, meşəbəyi və dəniçi kimi ağır işlərdə çalışıb. Qeri Snayder 1955-ci ildən sonra şair kimi şöhrət qazandı. 1956-cı ildə Yaponiyaya köçərək on il orada yaşayıb; Snayder yapon dilini və yapon poeziyasını öyrənir, yapon dilində şeirlər yazır, buddist monastrına gedir, ibadət mərasimlərində iştirak edir, Zen buddizmi öyrənir, buddist mətnlərini tərcümə edirdi. Snayder "Tısbağalar adası", "Sonsuz dağlar və meşələr", "Riprap və soyuq dağların şeirləri", "Sapsız Balta" və s. (ümumiyyətlə, onun iyirmi kitabı çap olunb) kitabların müəllifidir.
Moris Geri
Moris Geri (fr. Maurice Gehri) — 1921-ci ildə Yalova Qırğını zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi olmuş isveçrəli. Antanta dövlətləri tərəfindən yaradılmış komissiya ilə birlikdə o, hadisələrin humanitar araşdırmasında iştirak etmiş və bu barədə bir hesabat yazmışdır.
Geri Bekker
Hari Bekker (ing. Gary Stanley Becker; 2 dekabr 1930[…], Pottsvill[d], Pensilvaniya[…] – 3 may 2014[…], Çikaqo) — amerikalı sosioloq və iqtisadçı. 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Hari Bekker 2 dekabr 1930-cu ildə Pensilvaniya ştatında anadan olub. 1951-ci ildə Prinston Universitetində magistr və 1955-ci ildə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1957–1968-ci illərdə Kolumbiya Universitetində mühazirə dedikdən sonra, Çikaqo Universitetinə qayıdır. 1967-ci ildə Con Beyts Klark medalı, 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 2007-ci ildə ABŞ Prezidentinin Azadlıq medalına layiq görülmüşdür. Hari Bekker irqçilik, cinayət, ailə quruluşu, narkotik aslılığı kimi ənənəvi sosioloji mövzularda tədqiqatlar aparan ilk iqtisadçılardan biridir. == Əsərləri == Gary S. Becker (1957, 1971, 2nd ed.). The Economics of Discrimination.
Geri Gilmor
Qeri Mark Qilmor (4 dekabr 1940 – 17 yanvar 1977) — bir neçə quldurluqda və iki qətldə təqsirli bilinən cinayətkar. 1977-ci il yanvarın 17-də Yuta ştatında güllələnib. O, edamının 1967-ci ildən bəri ABŞ-də ilk ölüm hökmünün icrası olması ilə məşhurlaşıb. Qilmor 21-ci əsrin əvvəllərinə qədər Yuta ştatında mövcud olan edam üsulu ilə güllələnmə üsulu ilə edam edilib. === Bioqrafiya === Qeri Mark Qilmor 4 dekabr 1940-cı ildə Texas ştatının MakKami şəhərində Frenk və Bessi Qilmorun dörd oğlunun ikincisi olaraq anadan olub. Digər oğulları Frenk kiçik, Qeylen və yazıçı və musiqi jurnalisti Mikal Qilmor idi. Frenk Qarri Qilmore,. (təxminən 23 noyabr 1890, Linkoln, Nebraska – 31 iyul 1962, Siyeyttl, Vaşinqton) alkoqol aludəçisi, başqa arvadları və ailələri var idi, heç birini dəstəkləmirdi. bir şıltaqlıqdan sonra o, Sakramentoda, Kaliforniyada, Provo, Yuta ştatından qovulmuş Mormon əsilli Bessi (19 avqust 1913, Provo, Yuta – 29 iyun 1981, Portlend, Oreqon) ilə evləndi. Qeri qanundan yayınmaq üçün Texasda Koffman təxəllüsü ilə yaşayarkən anadan olub.
Geri Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond, Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Geri Koul
Qeri Koul (ing. Gary Cole) — ABŞ aktyorudur. Bir sıra seriallarda və filmlərdə çıxış etmişdir.
Geri Kuper
Qeri Kuper (ing. Gary Cooper; 7 may 1901[…], Helena – 13 may 1961[…], Beverli-Hillz, Kaliforniya) — Amerika aktyoru. == Həyatı == Qeri Kuper 7 may 1901-ci ildə doğulub. 13 may 1961-ci ildə vəfat edib.
Geri Ridcuey
Qeri Leon Ridcuey (ing. Gary Leon Ridgway; 18 fevral 1949, Solt-Leyk-Siti, Yuta) — Qrin River Qatili olaraq da bilinən amerikalı seriyalı qatil. 1982-ci və 1998-ci illəri arasında, Vaşinqton ştatında ən az 49 gənc qadını öldürdü. Az qala bütün qurbanları fahişələrdi. 30 noyabr 2001-ci ilində DNT analizi sonra göz altına alındı. 2003-cü ilində ömürlük həbsə məhkum edildi.
Geri (ad)
Geri (ing. Gary) — ingilis kişi adı.
Geri (İndiana)
Geri (ing. Gary [ˈɡæri]) — Amerika Birləşmiş Ştatları İndiana vilayətində, Çikaqo, İllinoysun 40km aşağısında yerləşən şəhər. Geri İndiana Dünyası Milli Parkına bitişikdir və Miçiqan gölünün cənubu ilə həmsərhəddir. Şəhərə Birləşmiş Ştatlar Polad Korporasiyasının qurucu sədri olan vəkil Elbert Henri Gerinin adı verilmişdir. Şəhər böyük polad dəyirmanları ilə və Cekson 5 musiqi qrupunun doğulduğu yer kimi tanınır. Əhalisinə görə İndiana ştatının doqquzuncu, İndiana vilayətinin ikinci böyük şəhəri olan Gerinin əhalisi 2010-cu il siyahıyaalınmasında 80,294 nəfər olmuşdu. 1920-ci illərdən 1960-cı illərin ortalarına qədər inkişaf edən polad sənayesinə görə çiçəklənən bir şəhər idi, ancaq xarici rəqabət və polad sənayesinin yenidən qurulması bölgənin çökməsi və özünün əvvəlki əhəmiyyətinin itirməsi ilə nəticələndi. 1960-cı illərin sonlarından bəri Geri 1960-cı ildəki 178.320 nəfər əhalisinin 55 faizinin şəhərdən köçməsiylə, əsas əhalisini itirmişdir. Şəhər çoxlu Rust Kəmər şəhəri, işsizlik, çürüyən infrastruktur və aşağı savadlılıq və təhsil səviyyələri də daxil olmaqla müxtəlif çətinliklərlə üzləşir. Şəhərdəki bütün evlərin üçdə birinin boş və ya tərk edildiyi təxmin edilir.
Geri çəkilmə
Geri çəkilmə — müharibə və hərbi işdə taktiki, operativ və ya strateji manevr. Geri çəkilmə qoşunların və qüvvələrin işğal olunmuş müdafiə xətlərini məcburi və ya qəsdən tərk etməsi, habelə onların öz və ya düşmən ərazisinin dərinliklərində yeni xətlərə çəkilməsidir. Geri çəkilmə, növbəti döyüş əməliyyatlarının aparılması üçün zərbə qüvvələrinin və ya vasitələrinin mühüm hərəkəti və manevridir. Məqsəd hərbi qrupu hücumdan uzaqlaşdırmaq, həmçinin qoşunları yenidən qruplaşdırmaq, əlverişli müdafiə mövqeyini gücləndirmək və ya düşməni hücuma cəlb etməkdir.
Söz (dəqiqləşdirmə)
Söz
Xanəgah (söz)
Xanəgah və ya xanəqah bir təriqətin bütün təkyələrinin bağlı olduğu və şeyxin yaşadığı təriqətdə ən ali məqamdakı təkyəyə deyilir. Təkyələr əsasən təhsil və tərbiyə məkanları olub ara-sıra məscid vəzifəsini də yerinə yetirirdi. Şeyxin ailəsi ilə birgə qaldığı hissə ümumiyyətlə, təkyəyə bitişik olurdu. Zaman keçdikcə təkyələr memarlıq baxımından da böyük inkişaf yolu keçmişdir. Mükəmməl quruluşlu xanəgahda səmaxana, xəlvətxana, hücrələr-dərviş otaqları, kiler-mətbəx, qəhvəxana ocağı, hamam, məscid, axur, şeyx türbələri olur. Həmişə təkyədə qalan dərvişlər eyni zamanda təkyə xidmətlərini də həyata keçirirdilər. Təkyənin xərcləri vəqflər yolu ilə əldə olunur, dərvişlər də qazandıqlarının bir qismini bağlı olduqları təkyəyə bağışlayırdılar. Zikr məclislərində bəstəli olaraq ilahilər oxunduğu üçün şeir və musiqi dünyası təkyələrlə yaxından əlaqəli idi. Başqa sözlə təkyələr dini və ictimai funksiyası ilə yanaşı ədəbiyyat və incəsənətin inkişaf və mühafizəsində də mühüm rol oynamışdır.
Söz yazarı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Söz yazıçısı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Modal söz
Modal sözlər — modal sözlərin 10 məna növü var bunlar{Təsdiq,güman.şübhə,bənzətmə.müqayisə,təssüf,fikrin mənbəyini,nəticə.ümumiləşdirmə (bildirən)⁶danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Sehrli söz
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Söz filtri
Söz filtri — əsasən internet forumlarında və ya söhbət otaqlarında istifadə edilən, istifadəçilərin yazılarını və ya şərhlərini təqdim edildikcə avtomatik skan edən, xüsusi söz və ya ifadələri avtomatik dəyişdirən və ya senzura edən skript. Ən əsas söz filtrləri yalnız xüsusi hərf sətirlərini axtarır və kontekstindən asılı olmayaraq onları silir və ya üzərinə yazır. Daha təkmil söz filtrləri kontekst üçün bəzi istisnalar qoyur və ən qabaqcıl söz filtrləri requlyar ifadələrdən istifadə edə bilər. Çox vaxt söz filtrləri forumun və ya söhbət otağının operatorları tərəfindən qeyri-münasib hesab edilən dili senzura etmək üçün istifadə olunur. Nalayiq ifadələr adətən ya qismən dəyişdirilir, ya tamamilə dəyişdirilir və ya mənasız sözlərlə əvəz olunur. Söz filtrləri avtomatlaşdırılmış olduğundan və yalnız müəyyən simvol ardıcıllığını axtardığına görə filtrlərdən xəbərdar olan istifadəçilər bəzən onlardan qaçmaq üçün hərflərini kifayət qədər dəyişdirərək yan keçməyə çalışırlar. Vulqarlıq filtrindən qaçmağa çalışan istifadəçi təhqiredici sözdəki simvollardan birini ulduz, tire və ya oxşar bir şeylə əvəz edə bilər. Bəzi inzibatçılar ümumi əvəzetmələri tutmaq üçün söz filtrlərinə yenidən baxaraq cavab verirlər. İnternet filtri Internet senzurası Online Text Obfuscator – replaces characters with similar Unicode chars from different character sets (e.g. Cyrillic) Text Filter – Text Tools Online:Alphabetic sort, Remove duplicates, Delete All Non Alphanumeric Characters, Only Numbers, Letters etc.
Ara söz
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. == İfadə forması == === Söz şəklində === Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. === Söz birləşməsi şəklində === Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
İran (söz)
İran sözü, ilk dəfə Nəqşi-Rüstəmdəki I Ərdəşirin qabartmalı yazılarında Orta farscada Ērān, Pəhləvicə ʼyrʼn sözlərindən əmələ gəlmişdir. Burada Orta Farscadakı yazılarda müşahidə edilən Parf dilindəki yazıda kral üçün ardašīr šāhān šāh aryān (Pahlavi: ... ʼryʼn) ifadəsi istifadə edilərkən, kralın Orta Farscadakı yazılardakı adı ardašīr šāhān šāh ērāndır.
Predikativ söz
Predikativ sözlər — söz-xəbərlər cümlədə heç bir suala cavab vermədən cümlənin müstəqil xəbəri ola bilən söz. Bu sözlərlə ismi xəbərlər ifadə olunur. Onların müstəqil xəbər olması üçün bu sözlər ya xəbərlik şəkilçisi qəbul etməli ya da idi imiş isə hissəciklərindən birini qəbul etməlidir. Bu sözlər : Var, yox, gərək, lazım, vacib, mümkün, bəs sözlərini aid etmək olar. Məsələn: Xonçada rəngbərəbg şamlar var idi. Vətəni qorumaq lazımdır. Bütün bunlar bəsdir. Qəbul olunmağınız mümkündür. Müdir içəridə yoxdur. Bunlar mənim üçün vacib idi.
Mürəkkəb söz
Mürəkkəb sözlər və mürəkkəb iki qardaş və mürəkkəb quruluşlu və ya daha çox sözü birləşdirərək dildə yeni bir mənanı ifadə etmək üçün əmələ gətirilən sözlərə deyilir (Kontaminasiya). Bu ifadələri məsələn, qızılgül, kitabxana, quldurbaşı, novruzgülü və s. təşkil edən sözlər səs düşməsi, səs törəməsi, söz növünün dəyişməsi və ya məna dəyişikliyi baxımından aralarına şəkilçi girməyəcək qədər formalaşırlar. Qeyri-müəyyən ismi söz birləşmələrindən, sifət birləşmələrindən, mürəkkəb feillərdən, reduplikasiyalardan, stereotipli flektiv feillərdən ibarət ifadələr yeni mənalar ifadə etdiyi zaman mürəkkəb sözlərə çevrilirlər. Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: 1) İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır, lakin mürəkkəb saylar və mürəkkəb feillər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək, namaz qılmaq, dua etmək və s. -Təbii ki, ayrı yazılan mürəkkəb sözlər 2 yerə ayrılır: -1.Müstəqil olanlar Məsələn:Mən müəllim oldum -2.Müstəqil olmayanlar Məsələn:Dua etmək Burda müstəqil olanlar indiki zamanı və həmçinin mövcud olan hadisəni Müstəqil olmayanlar isə hadisə hansı zamana aid olduğu bilinmir və tək bir suala cavab verir.